Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Aralıq dənizdə, Antalyanın Kaş rayonu yaxınlığında, ocağı isə 20 km dərinlikdə olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.