Bank Of Baku

Türkiyədə zirehli avtomobil partladılıb, 3 polis şəhid olub

Türkiyədə zirehli avtomobil partladılıb, 3 polis şəhid olub
# 16 sentyabr 2015 07:17 (UTC +04:00)

APA-nın xəbərinə görə, PKK terrorçuları vilayətin Nuşaybin rayonunda zirehli avtomobili partladıblar. İçərisində polislərin olduğu zirehli avtomobilin partladılması nəticəsində biri komissar olmaqla 3 polis şəhid olub, biri ağır yaralanıb.

 

Terrorçular əvvəlcədən basdırdıqları partlayıcı qurğunu zirehli avtomobil yoldan keçərkən işə salıblar. Ərazidə irimiqyaslı əməliyyatlara başlanıb, rayonun giriş-çıxışı nəzarətə götürülüb.

 

Siirt vilayətinin Eruh və Pürvari rayonlarında terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 9 terrorçu məhv edilib.

 

Eruhda hərbi bazaya silahlı hücum edilib. Hərbçilərin cavab atəşi ilə terrorçular geri çəkilib, onlardan 6-sı öldürülüb.

 

Pervari rayonunda isə terrorçuları təqib edən hərbçilər onlardan 3-ü məhv ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR