Bakı-APA. İstanbulun Atatürk aeroportunda partlayışların İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.
APA-nın “Reuters” -ə istinadən verdiyi xəbərə görə, bu barədə başlanılan istintaqın ilkin nəticələrindən bəlli olub.
Son məlumata görə, İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatır, 106 nəfər isə yaralanıb.
Terror hadisəsinin 3 canlı bomba vasitəsilə törədildiyi ehtimal edilir.