Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin Antalya şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.
APA-nın məlumatına görə, iki gün davam edəcək konfransa NATO baş katibi Yens Stoltenberq sədrlik edir.
Konfransda əsas müzakirə mövzusu Əfqanıstan və Ukrayna olacaq. Həmçinin İŞİD-lə mübarizə məsələsinə toxunulacaq, 2016-cı ilə Varşavada keçiriləcək NATO sammiti dünyada baş verən təhdidlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da tədbirdə iştirak edəcək. Azərbaycan iclasa NATO-nun Əfqanıstanda dəstək missiyasına töhfə verən dövlət statusunda dəvət olunub.