Bakı-APA. Türkiyənin Dalyan istirahət mərkəzində britaniyalı turist qadın En Büri odlu silhdan qətlə yetirilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində həmçinin qadının 2 qohumu yaralanıb.
56 yaşlı Yorkşir sakini icarəyə götürdüyü evin qarşısındakı bağda qohumları ilə ad gününü qeyd edərkən naməlum şəxsin tərəfindən açılan atəşdən ölüb.
Məlumata görə, qadının daha 2 qohumu isə güllə yaraları ilə xəstəxanaya çatdırılıb.
Yerli KİV-lərin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 45 yaşlı şəxs saxlanılıb. Yaxın günlərdə onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Cinayətin motivləri məlum deyil.