APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu bəyan edən Ədalət və İnkişaf partiyasının sözçüsü Hüseyn Çelik etirazçıları ərazisində çadır düşərgəsi salınmış parkı tərk etməyə çağırıb.
Qeyd edək ki, polisin iyunun 11-də aksiyanı dağıtmaq məqsədilə həyata keçirdiyi sərt müdaxiləsindən sonra minlərlə insan yenidən Taksim meydanına axışmağa başlayıb.
Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf partiyasından Gəzi parkı ilə referendum təklifi baş nazir Rəcəb Tayyib Ərdoğanın etirazçıların liderləri ilə ötən gün keçirdiyi görüşdən sonra irəli sürülüb.
Etirazçıların 11 nəfərdən ibarət nümayəndə heyəti ilə bağlı qapılar arxasında keçirilmiş görüş 4 saat 25 dəqiqə davam edib.