Bank Of Baku

Türkiyənin Mardin vilayətində partlayış olub, 3 nəfər yaralanıb

Türkiyənin Mardin vilayətində partlayış olub, 3 nəfər yaralanıb
# 03 iyul 2016 23:55 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda yerli vaxtla saat 21:00 radələrində partlayış baş verib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən körpüdə yerləşdirilən partlayıcı maddə polis avtomobili keçdikdən dərhal sonra işə salınıb.

 

Hadisə nəticəsində 1-i hamilə qadın olmaqla 3 mülki vətəndaş yaralanıb.

 

Yaralılar Kızıltepe Dövlət Xəstəxanasına çatdırlıb.  Partlayışın ardından bölgəyə çox sayda təhlükəsizlik qüvvələri cəlb edilib. Terrorçuların yaxalanması istiqamətində əməliyyat tədbirləri  davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR