Bank Of Baku

Türkiyənin mədəniyyət və turizm naziri: “Xarici ölkələr Türkiyə turizminə zərbə vurmaq istəyir”

Türkiyənin mədəniyyət və turizm naziri: “Xarici ölkələr Türkiyə turizminə zərbə vurmaq istəyir”
# 05 iyun 2013 15:24 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. “Xarici ölkələrin Taksim Gəzinti Parkındakı məsələləri bu qədər qabartmalarına səbəb rəqabət içində olduqları Türkiyə turizmini ləkələmək və imicinə zərbə vurmaq məqsədi daşıyır”. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu açıqlamanı Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlik verib.

 

Nazir turizm sektorunun işçiləri ilə görüşündə olayların demokratik ölkələrin hər birində olan etirazlardan fərqli olmadığını, hadisələrin turizm mövsümünə təsir etdiyini bildirib: “Baş verənləri həssaslıqla izləyirik və Türkiyənin turizmi ilə bağlı əks-təbliğat kampaniyalarına başlayan ölkələrin mediada olayları başqa cür göstərmək istədiklərini bilirik. Buna qarşı biz də xaricdəki səfirliklərimizlə birgə çalışırıq və Türkiyənin turist səfərləri üçün təhlükəsiz yer olduğunu bildiririk”.

 

Ö. Çelik builki turizm mövsümünü maksimum fayda ilə başa vurmaq üçün əllərindən gələni etdiklərini deyib: “Türkiyə siyasəti və iqtisadiyyatı güclü olan bir ölkədir. Əminəm ki, bu olay digər ölkələrin istədiyi kimi, turizmə ağır təsir göstərməyəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR