Bakı. Şamil Əlibəyli - APA. Ukraynadan Polşaya qanunsuz daxil olmaq istəyən dörd Ermənistan vətəndaşı saxlanılıb.
Ukrayna Dövlət Sərhəd Xidmətindən APA-ya göndərilən məlumata görə, gecə vaxtı Polşa ərazisinə daxil olmaq istəyən ermənilər Lvov vilayətinin “Şeqini” sərhəd naryadı tərəfindən aşkar edilib və saxlanılıb.
Ermənistan vətəndaşları hazırda müvəqqəti saxlanma məntəqəsində saxlanılır. Onların cəzasını məhkəmə müəyyən edəcək.