Bank Of Baku

Vladimir Putin Türkiyədə baş verənlərə münasibət bildirib

Vladimir Putin Türkiyədə baş verənlərə münasibət bildirib
# 04 iyun 2013 16:21 (UTC +04:00)

Bakı – APA. Rusiya prezidenti Vladimir Putin Türkiyədə baş verən hadisələrə münasibət bildirib. APA-nın “nakanune.ru” saytına istinadən verdiyi məlumata görə, V. Putin ümid etdiyini bildirib ki, Türkiyə hökuməti problemi yoluna qoya biləcək: “Biz düşünürük ki, Türkiyə rəhbərliyi müxalifətlə, vətəndaş cəmiyyəti ilə dialoq nəticəsində bu gün küçələrdə qaldırılan bütün mürəkkəb məsələlərin həllini tapmağa nail olacaq. Etiraz aksiyalarının legitim formata – insanların bir-birini eşidəcəyi dialoq müstəvisinə keçməsi lazımdır”.      

 

V. Putin Rusiyanın Türkiyə ilə çox yüksək səviyyəli mehriban münasibətlərə malik olduğunu da vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR