Bank Of Baku

WikiLeaks: Snoudeni amerikalı vəkil müdafiə edəcək

WikiLeaks: Snoudeni amerikalı vəkil müdafiə edəcək
# 27 iyun 2013 04:27 (UTC +04:00)

Bakı-APA. WikiLeaks Edvard Snoudenin maraqlarını müdafiə etmək üçün ABŞ-dan vəkil tutub. APA-nın məlumatına görə, bu barədə təşkilatın Twitter-dəki səhifəsində məlumat verilib.

 

«WikiLeaks cənab Snouden üçün ABŞ-dan vəkil tutub. Onun barədə əlavə məlumat veriləcək», deyə səhifədə bildirilir.

 

Daha öncə Snoudenin maraqlarını müdafiə etməkdən məşhur ispan vəkil Baltazar Qarson imtina etmişdi.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

 

İyunun 23-də Honkonqdan Rusiyaya uçan Snouden hazırda Moskva hava limanındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR