Bakı-APA. Bolqarıstan hökuməti rəsmi Moskva ilə “Cənub axını” layihəsinin bərpasına dair danışıqlar aparmır.
APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın xarici işlər naziri Daniel Mitov bəyan edib.
“Mən tam əminliklə deyə bilərəm ki, bu məsəlinə heç yerdə qaldırmamışam. Yumşaq desək, bu mübahisəli məlumatdır”, deyə D.Mitov bildirib.
Bununla belə Rusiya energetika nazirinin müavini Yuriy Sentyurin bu yaxınlarda bildirib ki, Bolqarıstan “Cənub axını” qaz kəmərinə dair danışıqları bərpa etmək istəyir.
Qeyd edək ki, bu ilin fevralında Bolqarıstan parlamenti “Cənub axını”nın bərpası üzrə layihəni rədd edib.