Bank Of Baku

Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb

Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb
# 18 sentyabr 2015 21:43 (UTC +04:00)

Bakı-APA. Macarıstandan Xorvatiya ərazisinə keçən miqrantların sayı 17 mini ötüb, onlardan 3 500-ü cümə günü ölkəyə gəlib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, qaçqın böhranı davam etməkdədir: “Yaxın saatlarda insan axınının güclənməsi ehtimal olunur”.

 

Qeyd edək ki, Macarıstan hökumətinin Serbiya ilə sərhəddə tətbiq etdiyi sərt tədbirlər miqrantları Serbiya-Xorvatiya sərhədinə üz tutmağa vadar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR