Bakı-APA. Yaxın gələcəkdə Rusiya Gürcüstanla viza rejimini sadələşdirəcək. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib. Onun sözlərinə görə, bu, yalnız işgüzar və qohumluq xətti ilə göndərilən dəvətlərə aid olacaq.
Abaşidze həmçinin qeyd edib ki, sentyabr ayınadək Yuxarı Lars gömrük məntəqəsi sutkalıq rejimdə faəliyyət göstərəcək. Bu isə Gürcüstan məhsullarının Rusiya bazarına çıxışını asanlaşdıracaq.