Bank Of Baku

Yohannes Han: “Avropa İttifaqı assosiasiyaya meyl göstərməyən “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmətlə yanaşır”

Yohannes Han: “Avropa İttifaqı assosiasiyaya meyl göstərməyən “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmətlə yanaşır”
# 29 iyun 2015 21:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Minskdə səfərdə olan Avropa İttifaqının  genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib.  

 

“Aİ assosiasiya sazişini imzalamağı, Aİ-yə iqtisadi inteqrasiya olmağı planlaşdırmayan ölkələrin seçiminə hörmətlə yanaşır”, deyə  Yohannes Han  Minskdə keçirilmiş “Şərq Tərəfdaşlığı”nın nazirlər səviyyəsində keçirilmiş qeyri-formal görüşdə bildirib.

 

Bununla belə o proqramın bütün üzvlərinin Aİ ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunda və öz öhdəliklərini icra edəcəklərinə əmin olduğunu  bildirib.

 

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan  Moldova və Ukrayna ilə siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutur.  Gürcüstan  Moldova və Ukrayna Aİ ilə assosiativ tərəfdaşlıq  haqqında sazişi imzalayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR