Bakı-APA. Yunanıstanın «Xalq mübarizləri qrupu» anarxist təşkilatı bu il yanvarın 14-də baş nazir Antonis Samaras və iqtidardakı «Yeni demokratiya» partiyasının ofisinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın məlumatına görə, müvafiq informasiya təşkilatın saytında yerləşdirilib.
Anarxistlər ilk olaraq binanı tank əleyhinə raketlə atəşə tutmaq istəyiblər, lakin bu alınmadıqda avtomatlardan binaya doğru atəş açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.