Bank Of Baku

XİN: Giorgi Kalandadzenin həbsi barədə Ukraynanın Almaniyadakı səfirliyi məlumatlandırılıb

Ukrayna Xarici İşlər Nazirıiyi

© APA | Ukrayna Xarici İşlər Nazirıiyi

# 21 dekabr 2021 00:11 (UTC +04:00)

Almaniyada saxlanılan Gürcüstanın sabiq Baş qərargah rəisi Giorgi Kalandadze Ukrayna vətəndaşıdır və Ukrayna konsulları məsələ ilə məşğul olurlar.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə bu barədə “Ukrainskaya Pravda”ya açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko bildirib.

O, qeyd edib ki, Ukraynanın Almaniyadakı səfirliyi G.Kalandadzenin dekabrın 19-da Berlin hava limanında həbs edilməsi barədə məlumatlandırılıb və Ukrayna konsulları saxlanılmanın səbəbinin müəyyən edilməsi və müvafiq konsulluq xidmətlərinin göstərilməsi məqsədi ilə Almaniyanın hüquq-mühafizə orqanları ilə işləyirlər.

Ukrayna mediasının məlumatına görə, G.Kalandadze 2019-cu ilin 20 dekabrında Prezident Vladimir Zelenskinin fərmanı ilə Ukrayna vətəndaşlığı əldə edib.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu bu gün G.Kalandadzenin Gürcüstana ekstradiyası üçün Almaniyaya müraciət edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR