Bank Of Baku

XİN: Yaxın günlərdə Ermənistanda Serdar Kılıç və Ruben Rubinyanın görüşü planlaşdırılır

XİN: Yaxın günlərdə Ermənistanda Serdar Kılıç və Ruben Rubinyanın görüşü planlaşdırılır
# 07 sentyabr 2025 14:01 (UTC +04:00)

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə KİV-lərinin Ermənistan və Türkiyə nümayəndə heyətlərinin “Marqarə-Alican” sərhəd-keçid məntəqəsinin fəaliyyətinə dair gələn həftə keçiriləcək görüşlə bağlı məlumatını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə paylaşım edib.

“Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılıb,” – deyə respublikanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Onu da qeyd edək ki, bu barədə “Armenpress” agentliyinə Milli Məclis sədrinin müavini Ruben Rubinyanın ofisindən də məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR