Bank Of Baku

Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafını müzakirə edir

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

© APA | Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

# 08 iyul 2026 16:49 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda nəqliyyat-kommunikasiya marşrutlarının inkişafını ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini Ermənistan və Azərbaycan hakimiyyətləri ilə müzakirə edir.

"Armenpress" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti və Ermənistanla Azərbaycan arasında sülh prosesi barədə danışarkən bildirib ki, regionda davamlı sülhün qurulması istiqamətində əldə olunan irəliləyişlər olduqca təsir edicidir.

"Davamlı sülhün qurulması istiqamətində əldə olunan irəliləyiş həqiqətən çox təsirlidir. Biz, Avropa İttifaqı olaraq, bu sülhün hamının faydalanacağı davamlı reallığa çevrilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın güclü tərəfdaşı olmağa çalışırıq", – Qrono bildirib.

Aİ-nin xüsusi nümayəndəsi əlavə edib ki, Brüssel Ermənistan və Azərbaycan arasında sülh prosesini müxtəlif vasitələrlə dəstəkləməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR