Bank Of Baku

Zelenski ABŞ-nin Avropadakı Ordu Komandanlığına baş çəkib

Zelenski ABŞ-nin Avropadakı Ordu Komandanlığına baş çəkib
# 15 dekabr 2023 00:56 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığına baş çəkib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısı Tvitter hesabında məlumat yayıb.

“Visbadendəki ABŞ Ordusunun Avropa Komandanlığını ziyarət etdim. Amerikanın Ukraynaya yüksək səviyyədə maddi-texniki yardım göstərdiyinə bir daha əmin oldum. Qələbə üçün bu bizə həqiqətən lazımdır”, - deyə prezident vurğulayıb.

Qeyd edək ki, Almaniya polisi bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya planlaşdırılmayan səfəri barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR