Zelenski ABŞ senatorları üçün onlayn brifinqi ləğv edib

Zelenski ABŞ senatorları üçün onlayn brifinqi ləğv edib
# 06 dekabr 2023 00:39 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalı senatorlar üçün onlayn brifinqi ləğv edib.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

ABŞ Senatındakı demokratların lideri Çak Şumer brifinq zamanı cəbhədəki vəziyyət və Kiyevin silaha ehtiyacı barədə söhbətin açılacağını bildirmişdi.

ABŞ parlamentinin yuxarı palatasındakı demokratların lideri Ukraynanı dəstəkləməyin zəruriliyini qeyd edib.

“Bu, Qərb sivilizasiyasında dönüş nöqtəsidir, tarixi bir andır və onu artıq təxirə salmaq olmaz”,- deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR