Bank Of Baku

Zelenski Aİ-nin ayırdığı 90 mlrd. avroluq kreditdən ilk tranşın vaxtını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 23 aprel 2026 15:20 (UTC +04:00)

Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılan 90 milyard avroluq kreditin ilk tranşının mayın sonu, iyunun əvvəlində daxil olması gözlənilir.

“RBC-Ukraine” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“90 milyard avroluq kreditin ilk tranşı ordunun gücləndirilməsinə və Ukrayna silahlarının istehsalına yönəldiləcək”, - Prezident deyib.

Ukrayna lideri əlavə edib ki, ayrılan vəsait həmçinin sosial ehtiyaclara, eləcə də müdafiə sənayesinin, xüsusilə dronlar və radioelektron mübarizə sistemlərinin istehsalına yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR