Hindistan Baş naziri Narendra Modi Ukraynada səfərdədir.
APA xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Hindistan Baş naziri ilə görüşüb.
***
09:53
Hindistan Baş naziri Narendra Modi Ukraynaya gedib.
APA xəbər verir ki, bu barədə NDTV məlumat verib.
Baş nazirin Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub.
Bu Modinin müharibə başlayandan Ukraynaya ilk səfəridir.