Bank Of Baku

Zelenski: Milli Qvardiyanın briqada komandirinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenski və "Xartiya" briqadasının komandiri İqor Obolenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski və "Xartiya" briqadasının komandiri İqor Obolenski

# 31 iyul 2026 16:41 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının "Xartiya" briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb.

APA xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

"Bu gün İqora qarşı sui-qəsd cəhdi olub. Hücum edən şəxs və onun şəriki saxlanılıb. Lazımi prosessual hərəkətlər həyata keçirilir. Bu, Ukraynaya və ukraynalı komandirə zərbə endirmək cəhdidir və biz buna mütləq cavab verəcəyik. İqora xidmətinə görə təşəkkür etdim və işğalçılara daha güclü zərbələr endirməsini arzuladım", – Zelenski bildirib.

Ukrayna lideri paylaşımında hadisənin arxasında Rusiyanın dayanıb-dayanmadığını birbaşa qeyd etməsə də, ölkəsinin bu sui-qəsd cəhdinə cavab verəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR