Bank Of Baku

Zelenski qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 27 avqust 2024 16:14 (UTC +04:00)

“Sentyabrda qələbə planını həm ABŞ Prezidentinə, həm də Kamala Harris və Donald Trampa təqdim edəcəyəm”.

APA “Pravda” nəşrinə istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib.

O, təfərrüatları açıqlamasa da bildirib ki, sözügedən planın istiqamətlərindən biri Rusiyanın Kursk vilayəti ilə bağlıdır:

“İkinci istiqamət Ukraynanın qlobal təhlükəsizlik infrastrukturundakı strateji yeri, üçüncüsü Rusiyanın müharibənin diplomatik yolla başa çatmasına məcbur edilməsi, dördüncü elementi isə sırf iqtisadiyyatla əlaqədardır. Bütün bunlarla bağlı təfərrüatları açıqlamayacağam, lakin plan artıq hazırdır. Mənim onu ilk növbədə ABŞ Prezidentinə təqdim etməyim ədalətli addım olacaq. Çünki bu planın uğurlu olması məhz ondan, daha doğrusu onların bizə plan üzrə tələb olunan vasitələri verib-verməyəcəyindən asılıdır. Sözügedən plan Kamala Harris və Donald Trampa da göndəriləcək. Çünki biz onlardan hansının ABŞ prezidenti seçiləcəyini bilməsək də, həmin planın icra olunmasını çox istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR