Rusiya bu gecə Kiyevə kütləvi kombinə edilmiş hücumuna görə cavab verəcək.
“RBK Ukraine” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski paytaxtın Darnitski rayonunda hücumun baş verdiyi əraziyə baxış keçirərkən deyib.
"Rusiya Kiyevə son zərbəsinə görə mütləq cavab alacaq", – Ukrayna dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Kiyevə son kütləvi zərbələri nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.