Bank Of Baku

Zelenski: Ukrayna Rusiyaya enerji obyektlərinə qarşılıqlı zərbələrin dayandırılmasını təklif edir

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 07 aprel 2026 02:16 (UTC +04:00)

Zelenski bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırarsa, Kiyev də eyni addımı atmağa hazırdır.

Bu barədə Unian məlumat yayıb.

Zelenski qeyd edib ki, Ukrayna dəfələrlə, o cümlədən Pasxa dövründə atəşin dayandırılmasını təklif edib, lakin Rusiya buna razı olmayıb.

Onun sözlərinə görə, Kiyev bu təklifi ABŞ vasitəsilə də Rusiya tərəfinə çatdırıb.

Ukrayna lideri əlavə edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar effektivdir və xüsusilə neft gəlirlərini azaldır.

O vurğulayıb ki, yalnız ciddi maliyyə itkiləri Moskvanı müharibədən çıxış yolları barədə düşünməyə vadar edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR