Bank Of Baku

Zelenski və Tramp arasında telefon danışığı baş tutub

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp

# 18 iyun 2026 07:47 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını bildirib.

APA xəbər verir ki, bu barədə Zelenski “Telegram” hesabında paylaşım edib.

“Çox şeyi dəyişə biləcək vacib koordinasiya söhbəti oldu. G7 sammiti çərçivəsində apardığımız danışıqların nəticələrini yekunlaşdırdıq”, – deyə Ukrayna lideri qeyd edib.

Zelenski söhbətin detalları və mümkün dəyişikliklərlə bağlı əlavə məlumat verməyib.

Ukrayna Prezidenti həmçinin Donald Trampa Ukraynaya göstərdiyi diqqətə və sülhün bərqərar olunmasına dəstək verməyə hazır olduğuna görə təşəkkür edib.

“Hamımız sülhə nail olmaq üçün səylərimizi davam etdiririk”, – deyə Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR