Zelenski və Trüdo təhlükəsizlik sazişi imzalayıblar

Zelenski və Trüdo təhlükəsizlik sazişi imzalayıblar
# 24 fevral 2024 23:51 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

“Ukraynada bu gündə bizimlə olduğunuz üçün təşəkkür edirik. Biz iki il ərzində göstərdiyiniz bütün dəstəyə görə minnətdarıq - bu, çox mühüm və çox vacibdir”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.

Görüş zamanı liderlər Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Saziş müdafiə və sabitlik də daxil olmaqla müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığın gücləndirilməsi sahələrini müəyyən edən Kanada-Ukrayna strateji təhlükəsizlik tərəfdaşlığı yaradır.

Sənəd Kanadanın 2024-cü ildə Ukraynaya 3 milyard Kanada dollarından çox makromaliyyə və müdafiə yardımı ayırmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR