Bank Of Baku

Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavinini işdən çıxarıb

Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavinini işdən çıxarıb
# 18 noyabr 2023 02:41 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini işdən çıxarıb.

APA xəbər verir ki, bununla bağlı sərəncam dövlət başçısının aparatının saytında yerləşdirilib.

Tarasovskinin vəzifədən uzaqlaşdırılmasının səbəbləri məlum deyil.

Bundan əvvəl Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirmişdi ki, Qərbin yardımının azaldılması Kiyevdə vəziyyəti daha da çətinləşdirəcək.

O qeyd edib ki, gələn il çətin lakin eyni zamanda vacib olacaq. Bundan əlavə, o, Kiyevin tərəfdaşlarını resursları səpələməməyə və onları sosial baxımdan aktual olan sahələrə cəmləşdirməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR