Avstraliyada quşlarla toqquşan təyyarə təcili eniş edib

Avstraliyada quşlarla toqquşan təyyarə təcili eniş edib
# 07 iyun 2024 08:24 (UTC +04:00)

Avstraliyanın ən böyük aviaşirkəti “Qantas”ın Sidneydən Oklendə (Yeni Zelandiya) uçan təyyarəsi quşun mühərrikə girməsi səbəbindən Sidney hava limanında məcburi eniş edib.

APA xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.

Məlumatına görə, insident təyyarə Sidney hava limanından havaya qalxdıqdan bir saat sonra baş verib.

Aviaşirkətin yaydığı ilkin məlumatlara görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi İdarəsi hadisənin səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR