Misirdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Prezident Əbdülfəttah Əs-Sisi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə dövlət katibi "Twitter"də bildirib.
"Prezidentlə Əs-Sisi ilə ABŞ-Misir strateji tərəfdaşlığı ilə bağlı mühüm görüşümüz oldu. Biz Misirin regional sabitlikdəki mühüm rolunu, ikitərəfli əməkdaşlıq və insan hüquqları sahəsində irəliləyişin vacibliyini müzakirə etdik", - Blinken qeyd edib.