Kot-d'İvuarda avtomobil qəzasında 15 nəfər ölüb, 15 nəfər yaralanıb

Qəza

© APA | Qəza

# 06 mart 2023 13:53 (UTC +04:00)

Kot-d'İvuarda avtobusla yük maşınının toqquşması nəticəsində ağır yol qəzası baş verib, 15 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA “Agence France-Presse (AFP)” istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qəza ölkənin mərkəzində yerləşən Katiola və Buake şəhərlərini birləşdirlən avtomobil yolunda baş verib.

Həmçinin o da əlavə olunub ki, ölkədə yolların və nəqliyyat vasitələrinin pis vəziyyətdə olması səbəbi ilə tez-tez ölümlə nəticələnən qəzalar baş verir. Bunun nəticəsində hər il orta hesabla 1000-1500 nəfər həyatını itirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR