Misirdə Xeops ehramı təmirə bağlanır

Misirdə Xeops ehramı təmirə bağlanır
# 30 mart 2023 12:55 (UTC +04:00)

Misir piramidalarından ən böyüyü sayılan Xeops ehramı bərpa və təmir işləri üçün bağlanır.

APA xəbər verir ki, bu barədə Misirin Qədimlik və Turizm Nazirliyi bəyan edib.

Həmçinin əlavə olunub ki, Giza piramidalarında aparılan dövri texniki xidmət işləri çərçivəsində, Xeops ehramında təmir-bərpa işlərinin aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Giza şəhərində yerləşən üç piramida, qədim Misir firon sivilizasiyasının sirlərini öyrənmək üçün, dünyanın hər yerindən ziyarətçiləri cəlb edən əhəmiyyətli bir turistik məkan kimi xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR