ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki əməkdaşına qarşı sanksiyanı ləğv edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki əməkdaşına qarşı sanksiyanı ləğv edib
  • Clock-gray 07:36
  • calendar-gray 06 Aprel 2021

ABŞ hələ ötən ilin sentyabrında sabiq prezident Donald Tramp administrasiyası tərəfindən sanksiyalara məruz qalan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşının adını qara siyahıdan çıxarıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Adı qara siyahıdan çıxarılan şəxslər BCM-in prokuroru Fatu Bensuda və təşkilatın məhkəmə araşdırması, tamamlama və əməkdaşlıq şöbəsinin müdiri Fakiso Moçoçokodur.

Onlar barəsində sanksiyaların ləğvi barədə qərarı aprelin 2-də ABŞ dövlət katibi Entoni Blinken elan edib.

Sərxan Kamallı

Digər xəbərlər