ABŞ İraqın İrandan enerji idxal etməsi üçün icazə müddətini uzadıb

ABŞ İraqın İrandan enerji idxal etməsi üçün icazə müddətini uzadıb
# 27 aprel 2020 03:52 (UTC +04:00)

Rəsmi Vaşinqton İrandan enerji daşıyıcıları almaqla bağlı tətbiq edilən sanksiyaları daha 30 gün müddətinə (26 may tarixinə qədər) İraqa şamil etməyəcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

“ABŞ-ın dövlət katibi Mayk Pompeo etibarlı bir İraq hökumətinin qurulmasına bir az da vaxt vermək üçün istisna müddətini artırıb”, - qurum rəsmisi belə deyib. Onun sözlərinə görə, hökumət yarandıqdan sonra dövlət katibi istisnaların müddətinin uzadılmasının mümkünlüyünə, habelə “İrandan etibarsız enerji daşıyıcılarının tədarükü”ndən asılılığı azaltmaq üçün İraqla əməkdaşlığı bərpa etməyə yenidən baxacaq.

2018-ci ilin dekabrında və 2019-cu ilin martında ABŞ İraqı İrandan enerji alınmasına tətbiq edilən sanksiyalardan 90 gün müddətində azad etmək qərarına gəlib. Ötən yay bu müddət daha 120 gün uzadılıb.

Qeyd edək ki, İraq hökuməti dəfələrlə Bağdadın “İrandan qaz idxalını əvəz edəcək alternativin olmadığını” bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR