ABŞ Konqresi prezidentin ayırdığı 2 trilyon dolların nəyə xərclənməsinə nəzarət edəcək

ABŞ Konqresi prezidentin ayırdığı 2 trilyon dolların nəyə xərclənməsinə nəzarət edəcək
# 28 mart 2020 06:46 (UTC +04:00)

ABŞ Konqresinin aşağı palatası, Prezident Donald Tramp tərəfindən iqtisadiyyata dəstək məqsədi ilə imzalanan qanuna əsasən, koronavirusun fəsadlarının aradan qaldırılması üçün ayrılan 2 trilyon dollar vəsaitin nəyə sərf olunacağını yaxından izləmək üçün işçi qrupu yaradacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikeri Nensi Pelosi məlumat verib.

“Konqres ayrılan vəsaitin nəyə xərcləndiyini bilmək üçün öz nəzarət səlahiyyətlərindən istifadə edəcək və Nümayəndələr palatası bu məqsədlə işçi qrup yaradacaq”, - deyə “Reuters” Pelosidən sitat gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR