ABŞ Prezidentinə yeni mətbuat katibi təyin edilib

ABŞ Prezidentinə yeni mətbuat katibi təyin edilib
# 08 aprel 2020 20:17 (UTC +04:00)

Ağ Ev Keyli Makineninin ABŞ Prezidenti Donald Trampın mətbuat katibi vəzifəsinə təyin edildiyini rəsmən bəyan edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Pentaqonun mətbuat xidmətinin rəhbəri Alisa Fərəh isə Strateji əlaqələr üzrə direktor təyin edilib.

Qeyd edək ki, K. Makineni bundan əvvəl D. Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində təbliğat kampaniyasının mətbuat katibi vəzifəsinə təyin edilib.

K. Makinenidən əvvəl ABŞ Prezidentinin mətbuat katibi vəzifəsində Stefani Qrişam çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR