ABŞ “Şimal Axını-2” ilə bağlı Almaniya şirkətlərinə sanksiya tətbiq etməyəcək

 ABŞ “Şimal Axını-2” ilə bağlı Almaniya şirkətlərinə sanksiya tətbiq etməyəcək
# 19 fevral 2021 11:15 (UTC +04:00)

ABŞ Rusiya qazını Avropaya daşıyacaq “Şimal Axını-2” layihəsi ilə bağlı Almaniya şirkətlərinə qarşı sanksiya tətbiq etməyəcək.

APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə 4 mənbə məlumat verib.

Mənbələr bildirib ki, yeni məhdudiyyətlər barədə hesabat bu gün Konqresə təqdim edilə bilər. Yeni siyahıda yalnız Rusiya ilə əlaqəli bir neçə təşkilatdan bəhs olunur.

Məlumatlı mənbələr bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinken sabiq prezident Donald Trampın xarici siyasətdə “Birinci Amerika” yanaşmasının əvəzinə, belə mürəkkəb məsələlərə diplomatik həll yolu tapmaq, Almaniya kimi ölkələrdən olan şirkətləri və ya şəxsləri hədəf almaqdan uzaq olmağa çalışır.

Məlumatlı mənbələrdən ikisi Tramp administrasiyasının Almaniya şirkətlərinə qarşı sanksiya tətbiq etməkdən çəkindiyi halda, son həftələrdə belə bir addım atmağa hazırlaşdığını bildirib. Potensial hədəflər arasında “Şimal Axını-2” layihəsinin Almaniya üzrə baş icraçı direktoru və Rusiya Prezidenti Vladimir Putini 1991-ci ildən bəri şəxsən tanıyan Matthias Varniq var idi. Mənbələr Trampın Milli Təhlükəsizlik Şurasının sözügedən layihəni dayandırmaq məqsədi ilə geniş bir plan hazırladığını və Almaniya şirkətlərinə qarşı sanksiyaların tətbiq edilə bilməməsinin yeganə səbəbinin Trampın prezidentlik dövrünün başa çatması olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR