ABŞ Yaponiyaya 105 ədəd "F-35" qırıcıları satacaq

ABŞ Yaponiyaya 105 ədəd "F-35" qırıcıları satacaq
# 10 iyul 2020 06:04 (UTC +04:00)

ABŞ hökuməti Yaponiyaya 23 milyard dollar dəyərində 105 ədəd “F-35” hərbi təyyarələrin satışına razılıq verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin tərkibində olan Müdafiə Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Buna qədər Yaponiya hökuməti 63 ədəd “F-35A” modifikasiyasının, 42 ədəd şaquli uçuş edə bilən “F-35B” təyyarəsinin və beşi ehtiyat mühərriki olmaqla, 110 ədəd “F135” mühərrikinin təchizatı ilə bağlı müqavilə üçün sorğu göndərmişdi.

Dövlət Departamenti bu müqaviləni ABŞ-ın əsas müttəfiqi sayılan Yaponiyaya kömək xarakteri daşıdığını bəyan edib və ölkənin maraqlarına uyğun bilib.

Yeni “F-35”-lər bir vaxtlar Yaponiya Hərbi Hava Qüvvələrinin silahlanmasında olan köhnəlmiş “F-4 Phantom” təyyarələrini əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR