"Bu gün Nəqliyyat Departamentindən Havana da daxil olmaqla, Kubanın bütün hava limanlarına fərdi çarter reyslərinin dayandırılmasını xahiş etdim".
APA Sputnik-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pampeo bildirib.
Onun sözlərinə görə, tibbi məqsədlər üçün bəzi məhdud hallar istisna olunacaq: "Təcili tibbi, axtarış və xilasetmə məqsədləri üçün xüsusi çarter uçuşları istisna təşkil edir. ABŞ və Kuba arasında digər bütün çarter uçuşlar dayandırılacaq”.
Pampeo əlavə edib ki, bu addım ABŞ-ın maraqlarına xidmət edir.