ABŞ-da avtomobillə Trampın iqamətgahına soxulmaq istəyən iki nəfər tutulub

ABŞ-da avtomobillə Trampın iqamətgahına soxulmaq istəyən iki nəfər tutulub
  • Clock-gray 23:39
  • calendar-gray 31 Yanvar 2020

ABŞ polisi Prezident Donald Trampın Mar-a-Laqo (Florida ştatı) şəhərətrafı iqamətgahının ərazisinə SUV avtomobili soxulmağa çalışan iki nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə “CNN” Palm-Biç şəhər şerifinin idarəsinin əməkdaşlarına istinadən məlumat yayıb.

Məlumata görə, FTB əməkdaşları “Palm-Biç şəhərindəki Mar-a-Laqo yaxınlığında yerləşən iki nəzarət-buraxılış məntəqəsinə doğru hərəkət edən” qara bir SUV avtomobili təqib ediblər. Avtomobil iki keçid məntəqəsindən keçərək iqamətgahın əsas girişinə doğru gedib. Bundan sonra polislər qaçmağa çalışan avtomobili atəşə tutublar. Avtomobil aşkar olunub və iki nəfər qadın tutulub.

FTB-nin sözçüsü Ceyms Marşall “CNN”-ə bildirib ki, hüquq mühafizə orqanları insidentlə bağlı məlumatlandırılıblar.

Bildirilir ki, Donald Tramp və həyat yoldaşı Melaniya cümə günü günortadan sonra Mar-a-Laqoya gəlməli imiş.

apa-logo-mini

Digər xəbərlər