ABŞ-ın Texas ştatında yerləşən neft-kimya zavodunda yanğınla müşayiət olunan güclü partlayış baş verib.
APA-nın KFDM telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və xəsarət alanların olması məlum deyil.
Partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub.