Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub
# 10 iyul 2020 08:05 (UTC +04:00)

Boliviya prezidentinin vəzifələrini müvəqqəti icra edən Janin Anyes yeni növ koronavirus infeksiyasına yoluxub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib və COVID-19 üçün testinin müsbət nəticələndiyini deyib.

“COVID-19 üçün testim müsbət nəticə verdi”, - deyə Anyes özünün “Twitter” səhifəsində yazıb və əlavə edib ki: “Özümü yaxşı hiss edirəm, özünütəcrid şəklində işləyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR