Braziliyada bir gündə 51,6 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

Braziliyada bir gündə 51,6 mindən çox insanda COVID-19 virusu aşkarlanıb
# 05 avqust 2020 06:11 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 51 603 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 801 921 nəfər yoluxub. Bu müddət ərzində 95 819 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1154 nəfər olub.

Həmçinin bu günədək 2 142 467 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR