Çilidə 300-ə yaxın həkim koronavirusa yoluxub

Çilidə 300-ə yaxın həkim koronavirusa yoluxub
# 08 aprel 2020 07:18 (UTC +04:00)

“Çili həkimlərin koronavirusa yoluxma sayına görə Latın Amerikasında Braziliyadan sonra ikinci ölkədir. Bu günə qədər ölkədə 286 tibb işçisi yeni virusa yoluxub”.

APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə naziri Hayme Manyaliç "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, çərşənbə axşamı səhər saat 9-da ölkədə həkimlərə dəstək aksiyası keçiriləcək, onların fədakar xidməti alqışlanacaq.

Xatırladaq ki, Çilidə 5115 nəfər koronavirusa yoluxub, onlardan 43 nəfəri dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR