Çilidə aeroportdan 15 milyon dollardan çox pul oğurlanıb

Çilidə aeroportdan 15 milyon dollardan çox pul oğurlanıb
# 10 mart 2020 04:17 (UTC +04:00)

Çili polisi Santyaqo şəhər aeroportunda 15 milyon dollardan çox pulun oğurlanması nəticələnən oğurluq faktını araşdırır.

APA xəbər verir ki, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.

“7-10 nəfərlik qrup aeroportun anbar ərazisinə daxil olub və qiymətli əşyaların daşınmasını həyata keçirən şirkətə məxsus avtomobildən pulları aparıblar”, - məlumatda belə deyilir.

Bildirilir ki, cinayətkarlar 14 milyon dollar və bir milyon avro vəsaiti oğurlayıblar. Bu, təxminən 13 milyard Çili pesosuna bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR