Koronavirusa görə G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü virtual keçiriləcək

Koronavirusa görə G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü virtual keçiriləcək
  • Clock-gray 11:39
  • calendar-gray 12 Mart 2020

Yeni tip koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü virtual keçiriləcək.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət katibi Mayk Pompeo bəyanat yayıb.

“ABŞ martın 24-25-də G7 nazirlərinin Pitsburqda planlaşdırılan görüşünün əvəzinə bu iclasa telekonfrans ilə ev sahibliyi etmək barədə qərar qəbul edib. G7 nazirlərini qəbul etməyə hazır olması və builki tədbirin planlaşdırılmasında göstərdiyi dəstəyə görə Pitsburq şəhərinə təşəkkür edirik. Gələcək tədbirlərin orada keçiriləcəyinə ümid edirik”, - deyə bəyanatda bildirilib.

Zümrüd Paşkin

Digər xəbərlər