Mayk Pens ticarət razılaşmasının birinci mərhələsinin bitməsini ABŞ-Çin münasibətlərində yeni fəsil adlandırıb

Mayk Pens ticarət razılaşmasının birinci mərhələsinin bitməsini ABŞ-Çin münasibətlərində yeni fəsil adlandırıb
# 15 yanvar 2020 21:37 (UTC +04:00)

ABŞ və Çin arasında fikir ayrılıqları davam edəcək, ancaq ticarət razılaşmasının birinci mərhələsi ilə bağlı sazişin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni bir fəsil açır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu fikri Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens imza mərasimində Ağ Evdə çıxış edərkən söyləyib.

“Ölkələrimiz arasında fikir ayrılıqlarının qalacağının fərqindəyik, amma bu gün dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət əlaqələrində yeni bir fəslin başlanğıcıdır”, - Pens belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR