Bank Of Baku

Beyləqanda elektrik yarımstansiyasında yanğın söndürülüb - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında yanğın söndürülüb - YENİLƏNİB
# 29 sentyabr 2026 21:10 (UTC +04:00)

Beyləqan rayonunun Daşburun qəsəbəsində elektrik yarımstansiyasında baş verən yanğın söndürülüb.

APA-nın yerli müxbirinin məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***
20:30

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR